"Azərbaycan Qadınları Respublika Cəmiyyəti” (AQRC) Rusiyada fəaliyyət göstərən qadın təşkilatlarına və cəmiyyətlərə müraciət ünvanlayıb.
BUTA.TV xəbər verir ki, müraciətdə son günlərdə Rusiyada azərbaycanlılara qarşı törədilən şovinist ritorika və ayrı-seçkilik təzahürləri ilə bağlı dərin narahatlıq bildirilib.
"Biz qadınlar insan haqlarının, sülhün və qarşılıqlı hörmətin qorunmasında cəmiyyətlərimizin sütunu olmuşuq. Bu gün isə şovinist, milli ayrı-seçkiliyi təşviq edən çağırışlara qarşı ortaq mövqe sərgiləmək, həm qadın həmrəyliyinin, həm də bəşəri dəyərlərin tələbi kimi qarşımızda durur.
Biz qadınlar olaraq, hüquqlarımızın müdafiəsi və xalqlar arasında ədalətin bərqərar olması üçün hər zaman fəal və qətiyyətli mövqedəyik! Azərbaycan xalqına qarşı qərəzli münasibətə, şovinist ritorikaya qarşı birgə və sərt mövqe ortaya qoyun! Sülh, qarşılıqlı hörmət və bərabərlik prinsiplərini müdafiə edin!", - müraciətdə qeyd olunub.
- BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir
- Türkiyə nümayəndələri İrəvanda
- Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan
- Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü
- TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev
- Bilal Ərdoğan Bakıda
- Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi
- “KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...