Qafqazda hər şey barıt üzərində qurulub. Bir ehtiyatsız hərəkət və partlayış olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy deyib.
“İran ətrafında eskalasiya başlayanda Cənubi Qafqazın da alovlanacağı aydın idi. Belə oldu. Yandırdılar və başladı. Yekaterinburqda xüsusi xidmət orqanlarımız güclü əməliyyat keçirib: onlar etnik mütəşəkkil cinayətkar qrupun onlarla üzvünü saxlayıb. Qətllər, surroqat ticarət, biznesdə “daydaylıq”- hər şey sənədləşdirilib, hər şey qanuna uyğundur. Və birdən - Bakıdan diplomatik isteriya. Azərbaycan hakimiyyəti Rusiyanı qəddar hərəkətlərdə ittiham edib və Rusiya tədbirlərini: tamaşaları, konsertləri, hətta “Şelkunçik”, “Düyməcik”, “Master və Marqarita”nı qadağan edib. Türkiyə və Azərbaycan mediası da buna qoşulub və açıq şəkildə Rusiyanı zorakılıqda ittiham edir, Azərtac dövlət xəbər agentliyi isə ölkəmizi 1930-cu illərdəki nasist Almaniyası ilə müqayisə edir. Bu artıq reaksiya deyil, birbaşa siyasi hücumdur. Bəs bütün bu söz-söhbətlər necə başladı? Arxasında yeraltı barlar, fahişəxanalar və bütün bu yalançı diaspor biznes mühiti olan etnik mafiyanın boğazından yapışmaqdan çəkinmədiyimiz üçün? Biz onlara qanunla gələndə isə onların Bakı, İstanbul, Londonla əlaqələri üzə çıxdı. Bu, birinci dəfə deyil. İngiltərə hələ 19-cu əsrdə rüşvətxorluq, emissarlar və yalan məlumatlar vasitəsilə Qafqaza mərc etdi. O vaxtdan bəri üsullar dəyişməyib. Yalnız indi ingilis zabitlərinin əvəzinə türk vəkilləri və cinayət keçmişi olan “hörmətli iş adamları” var. Bakıda öz evimizi təmizlədiyimiz üçün üzr istəməyimizi gözləyirlərsə, qoy bunu unutsunlar. Rusiya sürünmür!” - o bildirib.
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto
- Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto
- Azərbaycan XİN İraqa başsağlığı verdi