Son dövrlər Rusiya ilə Azərbaycan arasında gərginliyin artması əslində Cənubi Qafqazda formalaşan yeni regional balansla bağlıdır. Bəzi iddialara görə, Türkiyə, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Moskvasız razılığa gəliblər. Bu razılaşmaya əsasən, Rusiya dəhlizə nəzarət etməyəcək və bölgədəki əsas tranzit oyundan kənarda qalacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
Əsədli qeyd edib ki, Rusiyanın bölgədəki proseslərə cavabı həm Ermənistanda, həm də Azərbaycana qarşı müxtəlif təzyiqlər formasında özünü göstərir:
“Buna cavab olaraq, Rusiya Ermənistanda Paşinyana qarşı kilsədən istifadə etdi, Azərbaycana qarşı isə diaspora şiddət nümayişi ilə təzyiqlərini artırır”.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Əsədli hesab edir ki, Ermənistan hakimiyyəti artıq bu təsirdən qurtulmaq üçün konkret addımlar atır:
“Paşinyan son günlər kilsəyə və rusiyayönlü şəxslərin həbsi ilə öz hakimiyyətinə təhlükəni neytrallaşdırmağa çalışır. Həmçinin Ermənistan rəhbərliyi artıq bir müddətdir KTMT-dən uzaqlaşmaq, Avropa İttifaqı ilə daha geniş əməkdaşlıq edir, ABŞ və Fransa ilə hərbi-təhlükəsizlik sahəsində təmaslarını gücləndirir. Bu versiya Cənubi Qafqazda Rusiya təsirinin tədricən zəiflədiyi və yeni güc balansının formalaşdığı gerçəyini çox aydın şəkildə izah edir. Əgər doğrudursa, bu, bölgədə dərin və çevik dəyişikliklərin başladığını göstərir. Rusiya isə bu dəyişikliklərə qarşı təzyiq və təxribatla cavab verməyə çalışır – lakin artıq əvvəlki qədər təsirli deyil”.
S.Əsədlinin fikrincə, Ermənistanın Türkiyə ilə normallaşma və Azərbaycanla iqtisadi inteqrasiya cəhdləri Moskvanın “qırmızı xətləri”ni keçmək anlamına gəlir:
“Ermənistanın Türkiyə ilə normallaşma və Azərbaycanla birbaşa iqtisadi inteqrasiya, Zəngəzur dəhlizi vasitəsilə can atması Moskvanın “qırmızı xətlərini” keçmək deməkdir. Türkiyə–Azərbaycan–Ermənistan oxunun formalaşması ilə Rusiya bölgədə tərəf deyil, müşahidəçi statusuna keçmək təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən də Kremlin reaksiyası aqressivləşir, amma bu aqressiya artıq geosiyasi prosesləri dayandırmaq gücündə deyil”.
Sonda isə o, bu dönüşün daha böyük bir strateji mənzərəyə işarə etdiyini qeyd edib:
“Zəngəzur dəhlizi Türkiyəni birbaşa türk dünyasına bağlayır. Cənubi Qafqaz yeni bir dövrə qədəm qoyur – burada regional təşəbbüslər və qonşu dövlətlərin birbaşa razılaşmaları əsas oyun qaydasına çevrilir. Rusiya isə, nə qədər istəsə də, artıq bu oyunun aparıcı oyunçusu deyil”.
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi
- M10-da ağlasığmaz oğurluqlar: həbslər var
- Ramiz Mehdiyevlə bağlı qərar verildi
- Qarlı hava nə vaxta kimi davam edəcək?