Özbəkistan Prezidenti Şövkət Mirziyayevin iyulun 2-də Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
BUTA.TV xəbər verir ki, bunların arasında “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Navoi şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” da var.
Səfər çərçivəsində, eyni zamanda, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi
- M10-da ağlasığmaz oğurluqlar: həbslər var
- Ramiz Mehdiyevlə bağlı qərar verildi
- Qarlı hava nə vaxta kimi davam edəcək?