Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar var. Onlar Qafqazla bağlı hesablamalarında çox ciddi səhvə yol veriblər.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı ermənipərəst analitik Stanislav Tarasov Yekaterinburq insidentindən sonra Bakı-Moskva münasibətlərinin gərginləşməsi haqda qeyd edib.
Politoloq bu gün Ermənistanda və Azərbaycandakı proseslərin “bir-biri ilə bağlı” olduğunu iddia edib və Paşinyanın 20 iyunda Türkiyəyə səfərini xatırladaraq deyib ki, “Paşinyan, Əliyev və Ərdoğan eyni komandada”dır.
“Bakı böyük geosiyasi oyuna girib. İndiki mərhələdə hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir, axı Rusiyada 2 milyon azərbaycanlı yaşayır”, - o bildirib.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama