Kreml təbliğatçı Vladimir Solovyov Rusiya hakimiyyətinin Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı addımlarından “təəccüblənib”.
BUTA.TV xəbər verir ki, o, bu barədə öz verilişində danışıb.
“Niyə belə sürətlə (Səfərov qardaşlarının) meyitlərini Azərbaycana təhvil verdilər? Meyitlər verilməzdən əvvəl məhkəmə-tibbi ekspertizası aparılıbmı? Onun (ekspertizanın) nəticələri bizdə varmı? Bəs bu nəticələri təsdiqləyən video-görüntülər? Bütün bunlar bu qədər tez edildi? Kim (cəsədlərin təhvil verilməsi haqqında), hansı sənədlər əsasında qərar verib? Axı istintaq hələ də davam edir! İndi ölümdən sonra zərərin olub-olmadığını necə sübut edəcəksən? Bəs həbs anı necə olub? Video çəkilişi olub? Cavabını tapmayan çoxlu suallar var. Və cavab verməli olacaqsınız. Əvvəla, mənim bizə bir sualım var: burada nə baş verir?”, - o bildirib.
Qeyd edək ki, Solovyovun verdiyi sualların hamısının cavabı var, yalnız birindən başqa. Belə ki, meyitlərin ekspertizası keçirilib, tibbi rəylər Səfərovlar ailəsinə təqdim edilib və istintaqa tikilib, video-foto çəkilişlər olub. Sadəcə, meyitlər Azərbaycana gəldikdən sonra Bakıda tibbi-ekspertizadan növbəti dəfə keçirilib və Rusiyadakı rəylərin həqiqəti əks etdirmədiyini təsdiqləyən sübutlar toplanıb, foto-videoçəkilişlər aparılıb, qarşı tərəfə də təqdim olunub.
Fərid Əsgərovla bağlı maraqlı faktlar - Rafael Ağayevin anası üçün...
Solovyovun “təəccübünü” anlamaq mümkündür, o, dolayısı ilə izah edir ki, meyitlərin Bakıda təkrar ekspertiza ilə burada verdiyiniz rəylərin saxta olduğu, qətli ört-basdır etmək istədiyiniz ifşa olundu, bunu niyə hesablamamışdınız, niyə meyitləri verirdiniz ki, ifşa da olunasınız?
Solovyovun cavabı olmayan yeganə sualı isə budur: Burada nə baş verir?
Doğrudan da, Rusiyada nə baş verir?
- Bu səfər Bakı ilə əlaqələrdə yeni səhifə açdı - Pezeşkian
- İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı
- Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi
- Rusiyadakı repressiyalar bütün təzahürlərdə... - Hipper
- Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb
- İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video
- Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - Video