Bu cür tədbirlər təkcə milliyyətcə azərbaycanlı olan insanlara qarşı deyil, həm də erməni cinayətkar qruplaşmalarına, ruslara və digərlərinə qarşı həyata keçirilir. Qanun qarşısında hamı bərabərdir və millətlərə bölünmür. İnanıram ki, hadisələrin bütün faciələrinə baxmayaraq, ölkələrimiz arasında münasibətlər dalana dirənməyəcək və bütün fikir ayrılıqları həll olunacaq.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Yevgeni Mixaylov Yekaterinburqda baş verən proseslər və Bakı-Moskva gərginliyi haqda qeyd edib.
O iddia edib ki, Yekaterinburqda təhlükəsizlik qüvvələri “cinayət fəaliyyəti ilə məşğul olan şəxslərin” tutulması üçün zəruri əməliyyat keçirib və bu, Rusiyanın daxili məsələsidir, Bakı isə hadisələrə həddindən artıq reaksiya verib:
“Təhlükəsizlik qüvvələrinin işi Rusiya vətəndaşları ilə bağlıdır. Elə bir vəziyyəti təsəvvür edin ki, ağır cinayətlər törətmiş rus millətindən olan Azərbaycan vətəndaşları Bakıda tutulub. Bunun fonunda Moskva dövlət səviyyəsində qalmaqal yaratmağa başlayacaq? Xeyr. Bu, Azərbaycanın daxili işi olduğu üçün belə olmayacaq. Məhz buna görə də hesab edirəm ki, vəziyyət qəsdən şişirdilmişdir və onu yumşaltmaq lazımdır. Ölkələrimiz arasındakı əlaqələr çoxəsrlikdir və hazırda efirləri dolduran ittihamlar inandırıcı deyil. Sadəcə, sakitləşmək, bir-birimizə arqumentlər təqdim etmək və məsələni bağlamaq lazımdır, əks halda düşmənçiliyi qızışdırmaq ölkələrimiz üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq”.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi
- M10-da ağlasığmaz oğurluqlar: həbslər var
- Ramiz Mehdiyevlə bağlı qərar verildi
- Qarlı hava nə vaxta kimi davam edəcək?
- “Mərcan” broyler toyuğu bişərkən qəribə rəng aldı — VİDEO
- Digər çörəklər də bahalaşacaq - AÇIQLAMA
- “RR Constructions”da 2 milyon manatın çəkişməsi…