Rusiya-Azərbaycan münasibətləri son illər olduqca çətin mərhələyə qədəm qoyub. 24 fevral 2022-ci ildən ikitərəfli münasibətlərdə baş verən dəyişikliklər xüsusilə nəzərə çarpır. Oxşar proseslər bütün MDB məkanında gedir, lakin ən qətiyyətli və açıq hərəkət edən Azərbaycan olub. Rusiya ənənəvi olaraq özünü postsovet məkanında hegemon hesab etdiyi üçün bununla barışa bilmir. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev özü diplomatik sahədən gəlib və beynəlxalq münasibətləri yaxşı bilir. O, kiçik imkanlardan da maksimum istifadə etməyi bacarır.
BUTA.TV xəbər verir ki, bunu özbəkistanlı politoloq Cahangir Əkrəmov deyib.
“Qarabağ Bakının nəzarətinə qaytarıldıqdan və Azərbaycanın suverenliyi bərpa edildikdən sonra ölkə Qərblə böyük neft və qaz müqavilələri imzaladı. Transxəzər marşrutu üzrə enerji resurslarının Mərkəzi Asiyadan Azərbaycandan keçməklə Avropaya nəqlinə dair sazişlər bağlanıb. İranın Rusiya üçün artan əhəmiyyəti də rol oynayır - Azərbaycan bu ölkələr arasında yerləşir. Bütün bunlar Bakının Moskvanı bərabərhüquqlu münasibətlərə doğru sövq etməsi üçün əlverişli şərait yaratdı. Rusiya isə belə nümayişkaranə şəkildə bərabərlik istəyinin presedent ola biləcəyindən ehtiyat edir. Bu kontekstdə İlham Əliyevin mayın 9-da Moskvada keçirilən paradda iştirakdan imtina etməsi, yumşaq güc aləti olan “Rus evi”ni bağlaması, mətbuatda Rusiya əleyhinə sərbəst bəyanatlar verməsi digər MDB ölkələri, o cümlədən Mərkəzi Asiya dövlətləri üçün nümunə ola bilər. Rusiya bunun qarşısını almağa çalışır”, - o bildirib.
- Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya
- İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur...
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü