Xəbər verdiyimiz kimi, Teleqram kanalları Moskva-Bakı münasibətlərindəki gərginliyin həlli üçün Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin gözlənildiyini bildirir. Heyətə Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov rəhbərlik edəcəyi iddia olunur. O, rəsmi Bakıya Prezident Vladimir Putinin şəxsi mesajını çatdıra bilər.
BUTA.TV xəbər verir ki, Bakıya göndəriləcəyi iddia edilən nümayəndə heyətinə rəhbərliyin Kurenkovun edəcəyi təsadüfən yaranmayıb. Kurenkovu Azərbaycanla rəsmi, eyni zamanda şəxsi əlaqələr də bağlayır. O, ötən ilin yanvarında da Azərbaycana səfər etmiş və ən yüksək səviyyədə görüşlər keçirmişdi.
Qeyd edək ki, Kurenkov 2 iyun 1972-ci ildə Moskva vilayətində anadan olub. 1998-ci ildə Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasını, 2004-cü ildə isə Moskva Psixoloji və Sosial İnstitutunu bitirib. 1995-1999-cu illərdə Moskva məktəblərinin birində bədən tərbiyəsi müəllimi işləyib. 1999-cu ildə Rusiya təhlükəsizlik orqanlarına işə qəbul olunub. 1999-2002-ci illərdə Rusiya FTX-də müxtəlif vəzifələrdə, 2002-2021-ci illərdə Rusiyanın Federal Mühafizə Xidmətində çalışıb. 2021-2022-ci illərdə Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin köməkçisi, sonra direktor müavini olub. 25 may 2022-ci ildə Rusiya Prezidentinin Fərmanı ilə o, Rusiya fövqəladə hallar naziri təyin edilib.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...