Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması barədə təkliflərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında bu barədə danışıb.
O deyib ki, inkişaf etmiş müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanda da orduda müqavilə ilə müddətdən artıq hərbi xidmət keçmə məsələsi var.
“44 günlük müharibə dövründə də şahidi olduq ki, əsas döyüş mövqelərində, vacib əməliyyatlarda komando dəstələri iştirak edirlər, həddindən artıq peşəkardırlar. Onların yaşları isə 18 deyil, 20-dən yuxarıdır. Bütün bu proseslərdə hamı şahid oldu ki, irəli, döyüş xəttinə yeni hərbi qulluğa getmiş əsgərlər buraxılmır. Onlar ən azı 6 ay xidmət keçməlidirlər ki, hərbi əməliyyatlarda iştirak edə bilsinlər.
Yaş həddi məsələsi sovet dövründən qalma qaydadır.
18 yaşından hərbi xidmətə çağırış sovet dövründən bəri var. Amma indiki ordular artıq o dövrlərin orduları deyil. Orduda professionallıq, müqavilə ilə xidmət üstünlük təşkil edir. Xüsusi təyinatlıların hazırlanmasına önəm verilir. Azərbaycan vətəndaşı 18 yaşına çatanda vətənə xidmət borcunu yerinə yetirmək üçün hərbiyə yollanır. Bu məsələlər müzakirə olunur. Ola bilər, gündəmə gətirilər, qanunvericilikdə diqqət yetirilər və müəyyən qərarlar verilər. Hələ ki belə bir şey yoxdur”, - deputat bildirib.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama