Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələrinin iki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsindən sonra Bakı-Moskva münasibətləri gərginləşib. Və iki ölkə arasında davam edən bu gərginlik fonunda Rusiya mediasında Azərbaycana qarşı təxribat xarakterli xəbər və açıqlamalarda “Lenta.ru” saytı xüsusi canfəşanlıq edir.
BUTA.TV xəbər verir ki, Rusiyanın bəzi media orqanları “balanslaşdırılmış” yazılar dərc etməyə və Azərbaycana qarşı açıq qərəz nümayiş etdirməkdən yayınmağa çalışsa da, “Lenta.ru” bu mövzuda “daha radikal” davranır.
Maraqlıdır ki, Yekaterinburq hadisələrindən cəmi 3 gün sonra sözügedən portalın baş redaktoru Vladimir Todorov vəzifəsini tərk edib. Todorovu Andrey Tsıper əvəz edir. Todorovun “Lenta.ru”nun baş redaktoru postunu tərk etməsinin səbəbləri hələlik məlum deyil.
Tsıperin 1 iyuldan “Lenta.ru”ya rəhbərliyə başlaması ilə Azərbaycana qarşı qərəz, böhtan, təxribat xarakterli materialların sayı, aqressivliyi və həcmi kəskin artıb.
11 oktyabr 1993-cü il Moskvada doğulan Vladimir Todorov Ali İqtisadiyyat Məktəbində şərqşünaslıq üzrə təhsil alıb, 2014-cü ildən “Biznes və maliyyə” departamentinin müxbiri, bir il sonra isə “Gazeta.ru”da texnologiya bölməsinin redaktoru vəzifəsində çalışıb. Todorov Rusiyada federal media orqanının ən gənc baş redaktoru hesab olunur. Belə ki, o, 2016-cı ildən “Lenta.ru”da çalışıb, 2017-ci ildə redaksiya heyətinin rəhbəri olub. Onun rəhbərliyi altında nəşr – “TEFI-Multimedia”, “Runet mükafatı” və s. nominasiya qazanıb. Todorov 2024-cü ilin aprelindən indiyədək “Okko” onlayn kinoteatrı üçün sənədli məzmunun prodüseri kimi də çalışır.
Hazırda Todorovu əvəz edən Andrey Tsıper isə 21 yanvar 1982-ci ildə Moskvada anadan olub. 2007-ci ildə Rusiya Dövlət Humanitar Universitetinin İdarəetmə fakültəsini bitirib. 2007-2009-cu illərdə “İzvestiya” qəzetinin kommersiya direktoru olub. 2009-2011-ci illərdə “Emerging Communications” agentliyində vitse-prezident və inkişaf direktoru vəzifələrində çalışıb. 2011-2012-ci illərdə “Rossiyskaya qazeta” da İnternet layihələri departamentinin rəhbəri vəzifəsini tutub. 2012-2013-cü illərdə “Agentlik 1”in baş direktoru olub.
Qeyd edək ki, Tsıper “Lenta.ru” saytına müvəqqəti rəhbər təyin olunub, Rusiya mediasının məlumatına əsasən, portalın yeni baş redaktorunun adı yaxın vaxtlarda açıqlanacaq.
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?
- Heydər Əliyevin bunu deməyə mənəvi haqqı çatırdı…
- Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi