Ermənistanda heç kim çevriliş edə bilməz. Bunu yadda saxlayın.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bunu iyulun 8-də Ermənistan Milli Assambleyanın növbədənkənar iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sərkisyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi təklifinin müzakirəsi zamanı hakim “Mülki Müqavilə” partiyasının üzvü Xaçatur Sukiasyan deyib.
Onun sözlərinə görə, Ermənistanda mövcud qurumlar nəhayət ki, fəaliyyətə başlayıb.
"Təbii ki, müəyyən çətinliklər yaradan müəyyən bürokratiya var. Lakin müasir iqtisadiyyat tədricən də olsa, şübhəsiz ki, yaxınlaşır. İqtisadiyyat inkişaf edir və rəqəmsallaşır. Beləliklə, bu bürokratiya tezliklə xeyli azalacaq və Ermənistan inkişaf etməyə başlayacaq. Hörmətli vətəndaşlar, əmin olun, Ermənistan inkişaf etməyə davam edəcək. Onun regionda çox yaxşı münasibətləri olacaq, Ermənistanın öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər, həm də xalq əldə edəcəyi puldan həzz alacaq, firavan yaşayacaq”, - deyə Sukiasyan əmin edib.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama