Azərbaycana saxlanılan ruslara qarşı görülən tədbirlərin adekvat olub-olmaması ilə bağlı araşdırma aparılması üçün Moskvadan sorğu göndərilib. Lakin Bakı belə bir yoxlamanın nəticələri barədə məlumat verməyib.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın ombudsmanı Tatyana Moskalkova deyib.
“Cavab aldım. Azərbaycanın ombudsmanı, həmkarım Səbinə Əliyevadan tez bir zamanda cavab gəldi ki, istintaqın aparılması və saxlanılan ruslara köməklik göstərilməsi ilə bağlı ərizəm ona çatıb. Amma hələ ki, yoxlamanın nəticəsi barədə mənə məlumat verilməyib”, - o bildirib.
Moskalkova vurğulayıb ki, Moskva Bakının Azərbaycanda saxlanılan ruslara qarşı “ədalətsiz sərtlikdən” əl çəkəcəyinə ümid edir:
“Vacibdir ki, vətəndaşlarımızın özlərinin seçdikləri vəkilləri olsun, həmçinin onlara konsulluq yardımı tam şəkildə göstərilsin. Ümid edirəm ki, Azərbaycandan olan həmkarımın bu məsələləri həll etmək imkanı olacaq və ədalətsiz, beynəlxalq hüquqa zidd hesab etdiyim həddindən artıq sərt tədbirlər tətbiq edilməyib, ədalətsizliklər, qanunsuzluqlar aradan qaldırılıb”.
Qeyd edək ki, Bakı “Sputnik Azərbaycan”ın nümayəndəliyinin ləğv edildiyini və sözügedən media qurumunun yalnız bir müxbir vasitəsilə fəaliyyət göstərəcəyini bəyan etmişdi. Lakin “Sputnik Azərbaycan” bu bəyanata məhəl qoymayıb fəaliyyətini davam etdirirdi. Bu səbəbdən də Azərbaycan hüquq-mühafizə orqanları sözügedən media orqanının ofisində əməliyyat keçirib, redaksiyanın direktoru İqor Kartavıx, əməkdaşı Yevgeni Belousov həbs edilib.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...