Əvvəlki illərdə Rusiyanın Yekaterinburq şəhərində qətl törətməkdə şübhəli bilinərək həbs edilən azərbaycanlı Səfərov qardaşlarının rəqibi olan sahibkarın avtomobilinin yandırılmasında əli olduğu ehtimal edilir.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ura.ru saytına Rusiyanın təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.
Onun sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirov rayonunda baş verib. Kadrlardan da göründüyü kimi maskalı şəxslər "Toyota Land Cruiser" markalı avtomobili yandırıblar. Ertəsi gün polis Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə cinayət işi açıb.
"Polis şöbəsində zərərçəkmiş iş adamı dərhal bildirib ki, Səfərovların cinayətdə əli ola bilər. Onun onlarla uzun müddətdir münaqişəsi var. Daha əvvəl o, Səfərovların saxta spirtli içkilərin satışı ilə məşğul olduğu ehtimalı ilə onlardan şikayət edib", - agentliyin mənbəsi bildirib.
Dəyən ziyan 1.8 milyon rubldan çox olub (təxminən 39 min manat - red.). Lakin cinayət işinin üstünü açmaq hələ mümkün olmayıb. Həbsdə olan Səfərov qardaşlarının müdafiəçisi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlılar - Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovlar, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abbasov kütləvi şəkildə həbs ediliblər. Onlar 2001-ci ildə ticarətçi Yunis Paşayevi öldürməkdə, 2010-cu ildə Fehruz adlı şəxsi öldürməyə cəhddə və 2011-ci ildə onu öldürməkdə şübhəli bilinirlər.
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...
- Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko