Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid, Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanov ifadəsində bildirib ki, o, daha öncə bu iş üzrə saxlanılıb: “Mənim bu hadisədən saxlanıldıqdan sonra xəbərim olub. Hadisə günü uşaqlarla bu olay baş verən məkanın yaxınlığında görüşüb, çay içib, domino oynamışdıq. Bildiyim qədəri ilə hadisənin səbəbi Ceyhunla Fuadın telefonla danışarkən bir-birlərini söyməsi olub. Bu dava ilə bağlı öncədən məlumatım olmayıb. İddia olunduğu kimi mən bunu planlamamışam. Tamamilə təsadüf olub. Əgər bilsəydim, belə hadisələrin baş verməsinə qəti imkan verməzdim”.
O əlavə edib ki, bu hadisədən öncə Fuad Zeynalovla mübahisəsi olub: "Bu hadisələrdən öncə Fuad Zeynalovla aramızda problem olub. Belə ki, o, komandamız məğlub olanda bizi dəstəyə gəlməmişdi. Söhbət əsnasında mənə qarşı hörmətsizlik də etmişdi. Lakin biz bundan sonra Fuadla barışdıq. Hətta şəhərdə görüşmüşük də. Bu hadisənin dava ilə əlaqəsi olduğunu düşünmürəm. Elnur bunu hörmətsizlik kimi qəbul etsə də".
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Digər şahid Elvin Məmmədov da hadisə ilə əlaqədar daha əvvəl saxlanılıb. O bildirib ki, hadisə günü təqsirləndirilənlə birlikdə şəhərdə görüşüb çay içiblər: "Biz çay içib evə gedirdik. Mən arxada gedirdim. Saat gecə 2 idi. Qaranlıq olduğu üçün dəqiq görmədim, amma Ziko (Fuad Zeynalov-red.) ilə onların dava etdiyini gördüm. Bunun nə səbəbə baş verdiyini bilmirəm".
Növbəti proses iyulun 21-nə təyin olunub.
- Prezidentin yüksək vəzifə verdiyi Azər Mursaqulov kimdir?
- “Qurdlar vadisi”nin məşhur aktrisası öldü - Video
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
- Türkan Gündüzü qətlə yetirən ərinə hökm oxundu
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı - Video
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir