Əliyevlə Paşinyanın Əbu-Dabi görüşünün əsas gündəminə dair bir təxmin irəli sürmək mümkündür: Zəngəzur dəhlizinin hansı mexanizm üzrə açılmasının müzakirə edilməsi;
Tərəflərin yekun sülh sazişinə yaxınlığı azdır, xüsusilə Ermənistan konstitusiyasının hələ də dəyişdirilməməsi fonunda. Lakin hazırda əsas gündəm Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasıdır, bu, həm də sülh sazişinin imzalanmasında əsas düyün nöqtəsidir.
- Ermənistan dəhlizin keçdiyi bölgəyə suverenlik prinsipinin qorunması ilə razılaşmaya nail olmaq, nəticədə Türkiyə ilə sərhədlərin açılması və Avropaya çıxış əldə etmək istəyir;
- Azərbaycanın hədəfi Naxçıvana maneəsiz keçidi əldə etməkdir;
Tərəflər ABŞ-ın təklif etdiyi, Türkiyə tərəfindən koordinasiya edilən planı – böyük ehtimalla Naxçıvana çıxış üçün “Azərbaycandan Azərbaycana prinsipi” tətbiq edilir (Azərbaycanın yükləri maneəsiz keçir, marşrutdan istifadə edən üçüncü tərəflər yoxlanılır), dəhliz terminologiyasından istifadə olunmur və s. – müzakirə edə bilər. Müzakirə edilə biləcək ən önəmli məsələlərdən biri təhlükəsizliyin necə qorunmasıdır: Vaşinqtonun həvalə etdiyi özəl şirkət, yoxsa üçüncü ölkə olmalıdır və yaxud məsələ Bakı və İrəvan arasında ikitərəfli qaydada həll edilməlidir;
Görüş yerinin məhz Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi seçilməsində üç amil rol oynayır.
Birincisi, danışıqların yeni raundu üçün tamamilə yeni platforma seçilir, bununla proses Rusiya və Qərbin müdaxilə cəhdlərindən kənarda saxlanılır;
İkincisi, məkan kimi seçilən ölkənin hər iki tərəflə yüksək səviyyəli əlaqələrə malik olmasıdır: BƏƏ-nin həm iqtisadi, həm siyasi müstəvidə Azərbaycanla yaxın tərəfdaşlığı var, Ermənistanın isə ikinci ən böyük (2024-cü ilin statistikasına görə) tərfdaşıdır;
Üçüncüsü və ən əsası, məkan seçiminin də danışıqların əsas təşəbbüskarı olan ABŞ-ın təklifi ilə edildiyi istisna edilməməlidir.
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...
- Əbu-Dabi görüşü: Razılıq əldə olundu
- Əbu-Dabi görüşü: Rusiyadakı qrup hərəkətə keçdi
- Xocalı soyqırımı zamanı yaralanmış şəxsdən ürək sızladan açıqlama