Azərbaycan vətəndaşı Mayis Qədir oğlu Səfərov 2025-ci ilin oktyabr ayının 27-də işləmək məqsədilə rəsmi qaydada Rusiyanın Amur vilayətinin Svobodnı şəhərinə yollanıb. O, bir şirkət vasitəsilə "Amur" adlı müəssisədə qanuni fəaliyyət göstərib. M.Səfərov 7-8 ay həmin müəssisədə işləyib və sənədləri tam qaydasında olub.
BUTA.TV xəbər verir ki, bu barədə Mayis Səfərovun həyat yoldaşı Sahilə Səfərova Modern.az-a məlumat verib.
S.Səfərova deyib ki, xeyli vaxtdır həyat yoldaşı ilə əlaqələri kəsilib. O əlavə edib ki, sonuncu dəfə əri ilə iyunun 28-də axşam saatlarında əlaqə saxlayıb. Həmin vaxtdan etibarən isə ondan heç bir xəbər yoxdur:
“Yoldaşım şirkət vasitəsilə, rəsmi qaydada Rusiyaya gedib. Sənədlərində heç bir problem yox idi. İçki içmir, pis vərdişləri yoxdur, sakit və namaz qılan bir insandır. Aldığımız məlumata görə, onu heç bir səbəb göstərilmədən saxlayıblar. Rusiya polisi tərəfindən bölməyə aparıldığı deyilir, amma bizə nə səbəb, nə də vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib”.
S.Səfərova həmçinin vurğulayıb ki, həyat yoldaşının ata və anası da dünyasını dəyişib:
“Heç kimimiz yoxdur, uşağım xəstədir, yoldaşımın bacısı da ruhi xəstədir, mən isə işləmirəm. Yoldaşım bizi dolandırmaq üçün Rusiyaya gedib. İndi isə onunla əlaqə saxlaya bilmirik”.
S.Səfərova qeyd edib ki, Xarici İşlər Nazirliyinə müraciət etsə də, hələ ki heç bir cavab ala bilməyib.
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...
- Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko