Rusiya və Ermənistandakı şovinist dairələr Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığını irəli sürüblər. Yəni həmin dairələrin məntiqinə görə, BƏƏ ABŞ-ın bölgədə əsas müttəfiqlərindən biri kimi Vaşinqtonun təlimatı əsasında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib. Bunu həm də onunla izah edirlər ki, görüşdən bir gün əvvəl Dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıyla bağlı optimist fikirlər söyləyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında Vaşinqtonun maraqlı olmasında qeyri-adi heç nə yoxdur:
“Buna baxmayaraq, Bakı ilə İrəvan arasında mümkün razılaşmanın arxasında Vaşinqtonun dayandığı barədə iddialar şişirdilib. Birincisi, Vaşinqtonun istəyinə rəğmən, Bakı ilə İrəvan öz aralarında razılıq əldə etməsəydilər, Əbu-Dabidə görüş baş tutmazdı. Demək, tərəflər arasında uzun müddətdir birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub və bunun əsasında liderlər görüşə və mümkün razılaşmaya ehtiyac duyublar. O ki qaldı görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsinə, bu dövlətin ABŞ-ın tərəfdaşı olmaqla yanaşı, Azərbaycan və Ermənistanla da sıx iqtisadi münasibətləri var. Yəni Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan liderlərinin görüş yeri kimi münasib məkanlardan biri olaraq dəyərləndirilib. Bunun üçün Vaşinqtonun xüsusi təklifinə ehtiyac olmayıb. Böyük ehtimalla görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi Prezident İlham Əliyevin təklifi olub.
Əbu-Dabidə razılaşma əldə olunarsa, Rusiyada və Ermənistandakı şovinist dairələr Baş nazir Nikol Paşinyana qarşı yeni “arqument” ortaya atacaqlar. Deyəcəklər ki, Paşinyan məhz Əbu Dabidəki mümkün razılaşma ərəfəsində Ermənistandakı rəqiblərini sıxışdırmağa və həbs etməyə başlayıb. Guya bu qüvvələr sıxışdırılmasaydı, Paşinyanın İlham Əliyevlə mümkün razılaşmasına əngəl olacaqdılar. Halbuki radikallar azadlıqda olanda nə qədər çalışsalar da, ermənilərin əksəriyyətini Nikol Paşinyana qarşı üsyana qaldıra bilmədilər”.
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...