Əliyevlə Paşinyanın Əbu-Dabidə baş tutan görüşündə iştirak edən nümayəndə heyətinin tərkibi gündəmin nə olduğunu anlamağa imkan verir.
- Baş nazir müavinləri – Şahin Mustafayev və Mger Qriqoryanın masada olması o deməkdir ki, sərhədin delimitasiya müzakirə edilir: tərəflərin sərhəd gündəliyində prirotet məsələ anklavların taleyidir;
- Prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanın iştirakı Zəngəzur dəhlizinin masada olması deməkdir: dəhlizlə bağlı ABŞ-ın təklif etdiyi planın müzakirə edildiyi ehtimalı böyükdür, indiyə qədər Vaşinqtonda baş tutan müzakirələrdə də əsasən Azərbaycanı Hacıyev, Ermənistanı Qriqoryan təmsil edib;
- Xarici işlər nazirlərinin – Ceyhun Bayramov və Ararat Mirzoyanın iştirakı sülh sazişinin bütün detallarının müzakirə edildiyi deməkdir;
- Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov adətən sülh danışıqlarına dair Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılması kimi konkret tələblər üzrə çıxışlar edir, onun görüşdə iştirakı bu məsələlərin masada olduğu deməkdir.
Əsas maraqlı məqamlardan biri Ruben Rubinyanın görüşdə iştirak etməsidir.
Ermənistan parlamentinin vitse-spikeri olan Rubinyan həm də Türkiyə ilə münasibətlərin normallaşması üzrə Paşinyanın təyin etdiyi xüsusi nümayəndədir. Onun görüşdə iştirakı masada Türkiyə-Ermənistan münasibətlərinin də müzakirə edildiyi kimi qəbul edilə bilər. İrəvanın əsas hədəfi Bakı ilə razılaşmaq və Ankara ilə münasibətləri bərpa edərək, sərhədlərin açılmasına nail olmaqdır. Ankara və Bakının İrəvanla münasibətlərin normallaşmasındakı gündəliyi eynidir. Görünür, Azərbaycan Əbu-Dabi görüşündə həm də Türkiyənin maraqlarını/mövqeyini təmsil edən tərəf kimi çıxış edir.
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...