Siyasi münasibətlərdə problem yarananda Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi “ənənəvi” üsullardan biri də kənd təsərrüfatı məhsullarının idxalına problem yaratmasıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev Rusiyaya ixrac edilən məhsullarda tapılan “ziyanvericilər” səbəbindən idxala qoyulan qadağalar haqda danışarkən deyib.
Politoloq bildirib ki, Rusiyanın ikinci “təzyiq üsulu” miqrantlardır:
“Rusiya vaxtaşırı olaraq miqrant məsələlərini qaldırır – ya şərtləri ağırlaşdırır, ya qanuni şəkildə çalışan miqrantları polis idarələrinə dolduraraq, sənədlərini yoxlayır, onlara saatlar və ya sutkalarla qanunsuz olaraq saxlayır, həmçinin onlara qarşı OMON hücumları həyata keçirir və s.
Əlbəttə, Azərbaycandan idxal olunan məhsullarda “tapılan” ziyanverici Azərbaycanla siyasi müstəvidə olan fikir ayrılıqlarına görədir. Məqsəd sadəcə iqtisadiyyatımıza, kənd təsərrüfatımıza və iş adamlarına zərər vurmaqla Azərbaycana təsir cəhdidir”.
Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, məhsullarımızda aşkar edildiyi bildirilən parazitlərin insan orqanizmi üçün hansısa zərəri yoxdur. Həmin parazitlər sadəcə əkinçilik üçün zərərli sayıla bilər.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama