“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarında dəyişikliklərin səbəbi texniki və təhlükəsizlik səbəbləri ilə həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Mülki Aviasiya Komitəsi bəzi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarında dəyişikliklərin səbəbini izah edərkən deyib.
Qeyd olunub ki, adətən Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki reyslər Ermənistanın Vayotsdzor və Geğarkunik vilayətləri üzərindən həyata keçirilsə də, son vaxtlar bəzi uçuşlar Zəngəzur vilayəti üzərindən keçməyə başlayıb.
Komitənin məlumatına görə, marşrut dəyişiklikləri əlverişsiz hava şəraiti, ekipaj müraciətləri, hava məkanında müvəqqəti məhdudiyyətlər və uçuş təhlükəsizliyini təmin etmək məqsədilə görülən tədbirlərlə əlaqədardır.
“Azərbaycanın mülki təyyarələri də bu qaydalardan kənarda deyil. Onların marşrut dəyişikliyinə məhz bu kimi texniki və təhlükəsizlik amilləri səbəb ola bilər”, – məlumatda bildirilib.
Ermənistan hava məkanı üzərindən keçirilən belə dəyişikliklər hava hərəkəti xidmətləri və ölkənin hava hücumundan müdafiə strukturları ilə razılaşdırılmış şəkildə həyata keçirilir.
Komitə həmçinin qeyd edib ki, İran hava məkanında dövri olaraq tətbiq olunan məhdudiyyətlər də tranzit uçuş marşrutlarının dəyişməsinə səbəb olub ki, bu da Ermənistan üzərindən uçuşların artmasına yol açıb.
Bütün qərarların yalnız texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul edildiyi vurğulanıb.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama