Xəzər dənizinin səviyyəsində son illərdə baş verən dəyişikliklər və regiondakı iqlim prosesləri ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bəziləri Xəzərin quruma təhlükəsi ilə üz-üzə qaldığını iddia etsə də, ekspertlər mövcud vəziyyətin tam əksini göstərdiyini bildirirlər.
BUTA.TV xəbər verir ki, bu barədə AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Yenisabah.az-a açıqlamasında danışıb. O bildirib ki, Xəzər dənizi 4 milyon kvadrat kilometr ərazidən çayları özündə birləşdirən və olduqca nəhəng bir su hövzəsidir:
“Avrasiyanın ən böyük çayı olan Volqa çayı bu dənizin suyunun təxminən 80 faizini təşkil edir. Bu səbəbdən Xəzərin quruma ehtimalı demək olar ki, sıfıra bərabərdir. Əksinə, son illərdə aparılan müşahidələr və təhlillər göstərir ki, dəniz səviyyəsində yaxın illərdə artım müşahidə oluna bilər.”
Ənvər Əliyevin sözlərinə görə, son dövrlərdə yağıntının həcmi də bu ehtimalı gücləndirir:
“Yağıntının illik göstəricilərinə baxsaq, ən pis halda belə 60-70 faizlik artım qeydə alınıb. Çaylarımızın daşması, su yataqlarımızda həddindən artıq su toplanması kimi hallar artıq hər kəsə bəllidir. Bütün bunlar Xəzər hövzəsinin qidalanma mənbələrinin gücləndiyini və səviyyə artımı ehtimalının getdikcə daha real olduğunu göstərir”.
Coğrafiya İnstitutunun şöbə müdiri əlavə edib ki, müxtəlif mütəxəssislər iqlim dəyişiklikləri və qlobal istiləşmə ilə bağlı fərqli proqnozlar versələr də, hazırkı vəziyyət Xəzərin quruma ehtimalının olmadığını sübut edir:
“Dənizin yaxın illərdə quruma ehtimalı yoxdur. Əksinə, səviyyənin qalxması və sahilboyu ərazilərdə suyun daha da genişlənməsi ehtimalı kifayət qədər güclüdür. Qeyd etmək lazımdır ki, Xəzər dünyanın ən böyük qapalı su hövzəsidir və burada baş verən hər bir dəyişiklik region ölkələri üçün, eləcə də ekoloji və iqtisadi baxımdan olduqca önəmlidir.”
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu