Avqustun 16-ı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “BUTA.TV”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə alınıb.
Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur. Dumanda görünüş 500 m-dək məhdudlaşır.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.
- Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi
- 65 yaşlı kişi Bakıda daş karxanasında öldü
- General Abbasəli Novruzov vəfat etdi
- Yalan deyirlər, biz ailə deyilik...
- Qarabağ kanalında bir nəfər batdı
- Bakıda külək əsir, rayonlara yağış yağır – Faktiki hava
- Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
- Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO