Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO

10:27 - 16 Avqust 2026 - HADİSƏ

 Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO

Quba rayonunda tullantıların daşınması zamanı sanitariya və ekoloji tələblərin pozulduğunu göstərən görüntülər yayılıb.

BUTA.TV xəbər verir ki, görüntülərdən yük avtomobilində tullantıların üzərinin lazımi qaydada örtülmədən və onların daşınma zamanı ətrafa səpələnməsinin qarşısını alan xüsusi vasitələr olmadan daşındığı görünür. Bu isə həm sanitariya, həm də ətraf mühitin mühafizəsi baxımından ciddi suallar yaradır.

Azərbaycanın “İstehsalat və məişət tullantıları haqqında” Qanununa əsasən, tullantıların toplanması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi müəyyən edilmiş ekoloji və sanitariya tələblərinə uyğun həyata keçirilməlidir. Tullantıların daşınması zamanı ətraf mühitin çirklənməsinin və tullantıların yollara səpələnməsinin qarşısının alınması əsas şərtlərdəndir.

Quba rayonunda məişət tullantılarının yerləşdirildiyi poliqon da mövcuddur. Poliqon Quba şəhərinin Dəvədabanı yaşayış massivi ərazisində yerləşir. Lakin tullantıların poliqona aparılması onların istənilən formada daşınmasına əsas vermir. Əksinə, tullantıların yaşayış məntəqələri və avtomobil yollarından keçirilməsi zamanı xüsusi nəqliyyat vasitələrindən istifadə olunmalı, tullantıların ətrafa yayılmasının qarşısı alınmalıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılan var - Video

Quba rayonunda qeydə alınan görüntülər əsasında aidiyyəti qurumların araşdırma aparması məqsədəuyğun olardı. Xüsusilə tullantıları daşıyan avtomobilin hansı quruma və ya şirkətə məxsus olduğu, daşınmanın hansı müqavilə əsasında həyata keçirildiyi və nəqliyyat vasitəsinin sanitariya tələblərinə cavab verib-vermədiyi müəyyənləşdirilməlidir.

Çünki söhbət təkcə estetik görüntüdən deyil, ətraf mühitin və insanların sağlamlığının qorunmasından gedir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol