Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, “İçərişəhər-Həzi Aslanov” istiqamətində qatarların hərəkətində heç bir dəyişiklik olmayacağını diqqətə çatdırıb:
“28 May” stansiyası öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Yəni sərnişinlərin giriş-çıxışı təmin olunacaq. Xətlərin ayrılması prosesi başa çatdıqdan sonra “Dərnəgül-Nizami” istiqamətində qatarların hərəkəti müstəqil xətt üzrə təmin ediləcək və sərnişinlərin yaşıl və qırmızı xətlər arasında keçidi “28 May” və “Cəfər Cabbarlı” stansiyaları vasitəsilə həyata keçiriləcək".
“Sea Breeze”də su nasosunda sıxılı qalan 4 yaşlı uşaq öldü - Yenilənib
O əlavə edib ki, bu keçidin sərnişinlər üçün daha rahat təşkili məqsədilə “28 May” və “Cəfər Cabbarlı” arasında daha bir piyada keçidinin istifadəyə verilməsi nəzərdə tutulur:
"Təxminən sentyabr ayının sonuna qədər Bakı Metropolitenində “28 May” və “Cəfər Cabbarlı” arasında daha bir piyada pilləkən istifadəyə veriləcək ki, sərnişinlərimizin maksimal rahatlığı təmin olunsun, xüsusən də xətlərin ayrıldığı dövrdə axınların qarışmaması təmin olunsun. Tikinti işlərinin 11 ay ərzində davam etdirilməsi proqnozlaşdırılır.
Bu müddət ərzində sərnişinlərimiz Bakı metropolitenindən yan keçməklə Yaşıl və Qırmızı xətlər arasında hərəkət etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş 6 ekspress marşrut və eyni zamanda gücləndirilmiş 20 müntəzəm avtobus marşrutlarından istifadə edə bilərlər. Bütün bunların hər birisi ayrı-ayrılıqda monitorinqləri aparılaraq sərnişinlər üçün mümkün bütün rahatlıqların təmin olunması istiqamətində işlər də aparılacaq".
- İmişlidə ağır qəza: ölən var
- Onlar üçün gün aydın olmadı... - Fotolar
- Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
- “28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - Video
- Bakının əsas küçə və prospektləri yuyuldu - Foto
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək
- Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
- Sabahın havası: Bakıda külək, rayonlarda leysan...