Ekranı cızılmaqdan qorumaq üçün yapışdırılan qoruyucu şüşə və plyonkalar bəzi elektron cihazlarda əks təsir göstərə bilər. Ekspertlərin sözlərinə görə, bu aksesuarlar bahalı cihazların funksionallığını azalda, hətta onların sıradan çıxmasına səbəb ola bilər.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, smartfonlarda qoruyucu şüşə və plyonkalar ekranın cızılmasının qarşısını almağa kömək etsə də, bəzi cihazlarda onların istifadəsi məsləhət görülmür.
Ekspertlər ilk növbədə noutbuk ekranlarına qoruyucu şüşə yapışdırmağın düzgün olmadığını bildiriblər. Buna səbəb ekranla klaviatura arasında çox az boşluğun olmasıdır. Əlavə şüşə bu məsafəni daha da azaldaraq ekran və menteşə mexanizminə təzyiq göstərə bilər.
Qatlana bilən smartfonlarda da əlavə qoruyucu şüşədən istifadə tövsiyə edilmir. Belə telefonların ekranı elastik və hərəkətli quruluşa malik olduğundan əlavə qat ekranın qatlanma mexanizminə mənfi təsir göstərə bilər.
Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO
Elektron kitablarda görüntünü pisləşdirə bilər
Elektron kitab oxuyucularında xüsusi mat ekranlardan istifadə olunur. Bu ekranlar işığın əks olunmasını azaltmaq və kağız görüntüsünə yaxın effekt yaratmaq üçün hazırlanıb.
Qoruyucu şüşə yapışdırıldıqda isə ekranın bu xüsusiyyəti zəifləyə və xüsusilə günəşli havada parıltı yarana bilər. Bu isə oxumağı çətinləşdirə bilər.
Fotoaparat və ağıllı saatlarda da məsləhət deyil
Mütəxəssislər fotoaparatların ekran və obyektiv hissələrinə əlavə qoruyucu şüşə vurmağa da ehtiyac olmadığını bildiriblər. Kamera üçün istehsalçının təqdim etdiyi xüsusi qoruyucu çanta və ya örtüklərdən istifadə etmək daha məqsədəuyğun hesab edilir.
Ağıllı saatlarda isə ekranın kənarları adətən əyri formada hazırlanıb. Bu səbəbdən qoruyucu şüşəni tam və düzgün şəkildə yapışdırmaq çətin olur. Nəticədə şüşə kənarlardan qalxa, toxunma həssaslığını azalda və cihazdan istifadəni narahat edə bilər.
Ekspertlər qoruyucu aksesuar seçərkən cihazın konstruksiyasını nəzərə almağı və yalnız istehsalçı tərəfindən uyğun hesab edilən məhsullardan istifadə etməyi tövsiyə ediblər.
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi
- Bir neçə gün əvvəl vəzifə verilmişdi - Vəfat etdi
- 8 aydır vəziyyət belədir... - Video
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir