Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir.
BUTA.TV Musavat.com-a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır.
Bəzi növlərinin kiloqramı dünya bazarında minlərlə avroya satılır. Xüsusilə nadir ağ trüfel dünya bazarında ən bahalı göbələk növlərindən hesab olunur. Onun kiloqramı minlərlə dollara çata bilir.
Fransa, İtaliya və İspaniyada trüfel göbələyi uzun illərdir yüksək qiymətləndirilir və lüks restoranların menyularında xüsusi yer tutur.
Trüfel göbələyinə Türkiyənin bəzi bölgələrində də rast gəlmək mümkündür. Xüsusilə Aralıq dənizi iqliminin hakim olduğu ərazilər onun inkişafı üçün əlverişli hesab olunur. Türkiyədə trüfel göbələyi 20-40 qramlıq qablaşdırmalarda satışa çıxarılır. Bu cür məhsulların qiyməti növünə və keyfiyyətinə görə dəyişir və bəzi hallarda kiloqramı on minlərlə lirəyə çata bilir.
Torpaqdan çıxarılan trüfel adətən su ilə yuyulmur. Torpaq qalıqları yumşaq fırça ilə təmizlənir. Ətrini və keyfiyyətini mümkün qədər uzun müddət qorumaq üçün uyğun şəraitdə, adətən soyuducuda saxlanılır.
Trüfel göbələyi tərkibində müxtəlif qida maddələrinin olması ilə də diqqət çəkir. Onun vitamin, mineral və zülal tərkibinə malik olduğu bildirilir.
Trüfel xarici görünüşünə görə bəzi insanlar tərəfindən adi və dəyərsiz bir göbələk kimi qəbul edilə bilər. Lakin düzgün növ müəyyən edildikdə və məhsul lazımi şəraitdə bazara çıxarıldıqda yüksək iqtisadi dəyərə malik ola bilər.
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
- “Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi