“Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video

17:21 - 16 Avqust 2026 - GÜNDƏM

 “Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video

Binəqədi rayonunun 9-cu mikrorayonunda, Mir Cəlal küçəsində yerləşən binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmədiklərini iddia edirlər.

BUTA.TV” xəbər verir ki, sakinlərin sözlərinə görə, mənzillərini illər əvvəl alsalar da, kommunal xidmətlərlə bağlı bəzi sənədlər də onların adına rəsmiləşdirilməyib.

“2016-cı ildə aldığım obyektdir. Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq. Üç ildir söz verirlər, amma əməl etmirlər”, – deyə sakinlərdən biri qeyd edib.

Digər sakin isə qarajda avtomobillərini saxlaya bilmədiklərini deyib.

Bu xəbər hal-hazırda çox oxunur
“Qafqazinfo”nun ad günüdür

Onun sözlərinə görə, binadakı mənzillərin sayı ilə qarajda nəzərdə tutulan avtomobil yerlərinin sayı təxminən eynidir.

Lakin iddiaya görə, həmin yerlərdən digər şəxslər də istifadə edir.

“Biz öz maşınımızı qarajda saxlaya bilmirik. Komendant o biri binanın sakinlərinə pul qarşılığında yer verir, bizə də deyir ki, yer yoxdur. Çıxarış olmadığı üçün də yolda maşın saxlaya bilmirik. Yaşadığımızı sübut edə bilmirik. Mən sabah yıxılıb ölsəm, bu ev göydə qalacaq, MTK-nın adınadır da”, – deyə sakin əlavə edib.

Daha ətiraflı “Baku TV”nin süjetində:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol