“28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi

22:01 - 15 Avqust 2026 - CƏMİYYƏT

 “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

2 nömrəli marşrut:

“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol