Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
“BUTA.TV” APA-ya istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.
General sabah dəfn olunacaq. Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub. Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
- “Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi+Video
- Şirvan kanalında kişi meyiti tapıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- 17-ci əsrə aid kilsə yanıb kül oldu - Fotolar
- Cəlilabadın 12 kəndində qaz olmayacaq
- İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
- Ukraynanın sabiq prezidenti Bakıya gəldi