ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa Birliyi (AB) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır. Bu tədbirlərin ümumi həcmi 72 milyard avro təşkil edir və Vaşinqton ilə aparılan danışıqların uğursuz olacağı təqdirdə qüvvəyə minməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib.
“Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq. Bu açıqlama indi vəziyyətə tamamilə başqa bir dinamika gətirir”, - Şefçoviç bildirib.
O, ABŞ prezidentinin planlarının həyata keçirilməsinin Trans-Atlantik ticarətə ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edib. Qərar 1 avqustdan qüvvəyə minəcək.
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Vergi Xidmətinin vəzifəli şəxsi həbs edildi - Səbəb
- Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı
- Saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanıldı - Video
- Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib
- Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
- Bakının mərkəzində meydana Şevçenkonun adı verildi
- Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto