Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

00:42 - 15 İyul 2025 - GÜNDƏM

 Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Rusiyanın tanınmış telejurnalisti və ictimai fiquru Ksenya Sobçak Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədovu xüsusi hədəfə gətirib.

BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, Sobçak öz verilişində Rövşən Məmmədovun Rusiya Prezidenti Vladimir Putin haqqında səsləndirdiyi sərt tənqidi fikirləri manipulyativ şəkildə təqdim edərək, onu guya Rusiya-Azərbaycan münasibətlərini pozan əsas fiqur kimi göstərib. Əslində isə Ksenya Sobçak Rusiyanın siyasi elitasına çox yaxın şəxs hesab olunur.

O, SSRİ-nin süqutu dövründə Sankt-Peterburqun (o vaxtkı Leningrad) ilk seçilmiş meri olmuş, demokratik proseslərdə və yeni Rusiya Konstitusiyasının hazırlanmasında əsas rollardan birini oynamış Anatoli Sobçakın qızıdır. Vladimir Putin məhz Anatoli Sobçakın komandasına daxil olmaqla siyasi fəaliyyətə başlayıb, əvvəlcə onun hüquqi müşaviri, sonra isə müavini olub, illərlə Sobçakın ən yaxın adamı kimi fəaliyyət göstərib. Sobçak haqqında dəfələrlə səslənmiş məlumatlara görə, Moskva prokurorluğu Anatoli Sobçakı təqib etdiyi zaman Vladimir Putin ona ölkədən təhlükəsiz çıxmağa şərait yaradıb. Bütün bunlar Ksenya Sobçakın yalnız müstəqil və guya sərt tənqidçi obrazı yaratmaqla kifayətlənmədiyini, əksinə, Kremlin ən yaxın çevrəsi ilə sıx tellərlə bağlı olduğunu bir daha təsdiqləyir. Elə bu səbəbdən də analitiklər onun AzTV sədrinə qarşı belə aqressiv və yönləndirici mövqe sərgiləməsini Kremlin dolayısı ilə Azərbaycana təzyiq mexanizmi kimi dəyərləndirirlər.

Ekspertlər hesab edirlər ki, Putinin “kripto propaqandisti” sayılan və hətta bəzən liberal mövqe sərgiləməyə çalışsa da, əslində Kremlin strateji tapşırıqlarını yerinə yetirdiyi şübhə doğurmayan Ksenya Sobçakın bu dəfə hədəfinə Azərbaycan televiziyasının rəhbərini gətirməsi təsadüfi deyil və planlaşdırılmış informasiya kampaniyasının tərkib hissəsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol