Avropa Birliyi Azərbaycan vətəndaşı 1958-ci il təvəllüdlü Əhməd Kərimova sanksiya tətbiq edib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərində yerləşən rəsmi adı “2 Rivers Group” olan və “Coral Energy” adı ilə tanınan neft ticarəti şirkətinin səhmdarıdır.
Məlumata görə, bu şirkət Rusiya neftinin mənşəyini gizlədərək ticarətini həyata keçirir.
“2 Rivers Group” şirkətinin Rusiyanın kölgə donanmasındakı (beynəlxalq nəzarət və sanksiyalardan yayınmaq məqsədilə istifadə olunan, mənşəyi və sahibliyi gizlədilən donanma) gəmilərin böyük hissəsinə nəzarət etdiyi bildirilir.
AB Əhməd Kərimova Rusiya Federasiyasının əsas gəlir sahəsi olan neft sektoruna qoyulan qadağaları pozduğu üçün sanksiya tətbiq edib.
Qeyd edək ki, Ə.Kərimovun adı Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə salınıb.
- Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto
- Sabah hava necə olacaq?
- Təltif olunanlar arasında həmin mayorla əsgər də var - Foto
- Abşeronda iməclik keçirilib - Foto
- Yük maşını dirəyə çırpıldı, sürücü xilas edildi - Video
- Yanvar-iyul aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Abşeronda karxanada faciə
- “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?