Təyyarə qəzası ilə bağlı təəssüf ki, Rusiya rəsmilərindən heç bir cavab ala bilməmişik. Hadisənin üzərindən 7 ay keçib. Bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik. Rusiya rəsmiləri də bilirlər. Təyyarə qəzası ilə bağlı bizim tələblərimiz var.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlat cəsarət və peşəkarlıq göstərdilər. Təyyarəni qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu.Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır.İki dəfə təyyarəyə hücum edilmişdi.Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı.
7 aydındır ki, biz cavab ala bilmirik. Bizim Baş prokuror Rsiyanın tədqiqat komissyyasına məktub ünvanlayır. Cavab bu olur ki, tədqiqat davam edir. Biz gözləyirik. Bu o demək deyil ki, biz bunu unuda bilərik. Biz beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, bu uzun vaxt aparır. Malayziya təyyarəsi vurulandan sonra 10 il tədqiqat aparıldı. Biz inanırıq ki, bu məsələdə ədalət qalib gələcək"
- Fəzail Ağamalı ilə vida mərasimi keçirilir
- Şahin Bağırov onları rəis təyin etdi
- Mehdiyevin ŞOK ƏMƏLLƏRİ bir-bir ÜZƏ ÇIXIR - SƏN DEMƏ...
- Bu əraziyə 37 sm qar yağdı
- Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto
- Ukraynada döyüşən məşhur azərbaycanlı öldü - Foto
- Dəm qazı daha bir can aldı
- Bu şəxslərin pensiya kapitalı 2800 manat artacaq