Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

20:32 - 19 İyul 2025 - GÜNDƏM

 Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fikirlərini bölüşüb.

BUTA.TV xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib:

“Onlar (Avropa Birliyi – red.) Rusiya qazından imtina etmək niyyətindədir. Biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdəki Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt təklif etməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol