Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı, ümumilikdə, 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını iddia edib. Həmçinin qeyd olunub ki, xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edilib.
BUTA,TV xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın ödənişlər həyata keçirməsi ilə bağlı iddialarını yalanlayıb. Onun sözlərinə görə, Rusiya tərəfi yalan məlumat paylaşır:
"Qəza baş verən andan bu günə kimi bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Səsləndirilən rəqəmlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı səmasında Rusiya HHM qüvvələrinin atəşinə məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazı verilmədiyindən Qazaxıstana üz tutan təyyarə zədələnməsi səbəbindən Aktau hava limanı yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
- 16 min erməni Ermənistan vətəndaşı oldu
- Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?
- Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək - Atanesyan
- Sərkisyandan etiraf: Heçvaxt Azərbaycana çata bilmərik!
- Bakıda həbsdə olan rusiyalılarla bağlı açıqlama
- 13 Rusiya vətəndaşının azadlığa buraxılması...
- Siçan yeni doğulan körpələri dişləyib öldürdü - VİDEO
- Bezmişəm, həbsə hazıram - Şərurlu İsfəndiyar