Azərbaycanda bir çox hərbçilər mənzil növbəsinə dayanaraq ev alsalar da, bəzi kateqoriyadan olan hərbi qulluqçular bu xidmətdən yararlanmaq hüququndan məhrumdurlar. Bəs görəsən, bu kateqoriyadan olan hərbçilərə gələcəkdə mənzil ayrılması mümkündürmü?
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, həmin sənədi hazırlayan şəxslər görünür ki, peşəkarlıq göstərməyiblər. Əgər Silahlı Qüvvələr anlayışı varsa, bu, bütün hərbi qulluqçulara şamil olunmalıdır.
Ekspertin sözlərinə görə, bəzi strukturların, xüsusilə Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların şəxsi heyəti mənzil təminatı ilə bağlı daha ciddi problemlərlə üzləşir: “Müdafiə Nazirliyinin hərbi qulluqçularına mənzil verilir. Amma Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda xidmət edənlər bu sahədə çətinliklərlə qarşılaşırlar. Halbuki, hamısı Vətən qarşısında eyni məsuliyyəti daşıyır”.
Üzeyir Cəfərov həmçinin qeyd edib ki, qanunvericilikdəki dəyişikliklər də hərbi qulluqçuların sosial təminatına mənfi təsir göstərib:
“Əvvəllər “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunda bütün hərbi qulluqçular eyni anlayışda nəzərdə tutulurdu. Sonradan “əmək pensiyası” anlayışı tətbiq edildi. Amma “əmək” və “hərbi xidmət” anlayışları fərqlidir. Hərbi qulluqçu müqavilə ilə yox, Vətənə borcunu yerinə yetirir”.
Ekspert əlavə edib ki, hərbi qulluqçuların ailə üzvlərinə dəstək mexanizmləri də zəiflədilib:
“Əvvəllər hərbi qulluqçu xidmətdə həlak olardısa, onun maaşının 80 faizi həyat yoldaşına və ailə üzvlərinə verilirdi. İndi isə həyat yoldaşının həmin məbləği ala bilməsi üçün 65 yaşa çatması tələb olunur. Bu, anormal vəziyyətdir”.
Cəfərov hesab edir ki, dövlət bu sahədə mövcud fərqləri aradan qaldırmalı və bütün hərbi qulluqçulara bərabər sosial təminat yaratmalıdır.
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq