Türkiyədən Zəngəzur açıqlaması: Başladıq!

11:36 - 27 Oktyabr 2025 - GÜNDƏM

 Türkiyədən Zəngəzur açıqlaması: Başladıq!

Zəngəzur dəhlizi Orta Dəhlizin potensialının artırılmasında əsas amil olacaq.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib.

Uraloğlunun sözlərinə görə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun potensialından tam istifadə olunması tədbirləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni marşrutun açılması istiqamətində də zəruri addımlar atılır.

Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Qarsdan Naxçıvan sərhədinə qədər uzunluğu 224 kilometr olan yeni dəmir yolunun tikintisinə artıq başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol