“Samolet” Qrupunun keçmiş baş direktoru Anton Yelistratov Emin Ağalarov tərəfindən Xəzər sahilində inşa edilən “Sea Breeze” kurortunun ortaq investoru ola bilər.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə E.Ağalarova Rusiyanın biznes saytlarına açıqlamasında deyib. "Yelistratov və onun tərəfdaşları təxminən 500 min kvadratmetr əraziyə sahibdirlər", - deyə E.Ağalarov bildirib.
O, həmçinin əlavə edib ki, Yelistratovun şirkəti də Özbəkistanda hazırda tikilməkdə olan “Sea Breeze” layihəsinə də maraq göstərib.
Rusiyalı top-menecer Anton Yelistratov daşınmaz əmlak sektorunda son illərin ən diqqətçəkən idarəçilərindən biri hesab olunur. O, 17 iyul 1981-ci ildə Moskvada anadan olub. O, uzun müddət Rusiyanın aparıcı developer şirkətlərindən olan “Samolet” Qrupuna rəhbərlik edərək şirkətin bazar liderinə çevrilməsində əsas fiqurlardan biri kimi tanınıb.
Hazırda o, beynəlxalq bazarlara yönəlmiş yeni layihələrlə məşğuldur. Keçmiş həmkarı Yuri Fedçenko ilə birlikdə yaratdığı “Azurro Development” şirkəti Azərbaycan, Səudiyyə Ərəbistanı və Özbəkistan kimi inkişaf edən bazarlarda yaşayış layihələri planlaşdırır. Beləliklə, Anton Yelistratov müasir developer menecer modelinin nümunəsi kimi qiymətləndirilir: o, klassik tikinti biznesini texnologiya, maliyyə strategiyası və beynəlxalq genişlənmə ilə birləşdirərək həm regional, həm də qlobal bazarda mövqelərini gücləndirməyə çalışır.
Qeyd edək ki, Haqqin.az əvvəllər Rusiyanın üç ən böyük tikinti şirkətindən biri və mənzil sektorunda faktiki olaraq sistem baxımından əhəmiyyətli oyunçu olan “Samolet” in böyük borc böhranı ilə üzləşdiyini və Rusiya hökumətinə 48-50 milyard rubl (500-520 milyon ABŞ dolları) güzəştli kredit üçün müraciət etmək məcburiyyətində qaldığını bildirmişdi.
2021-ci ildə Kiyev Ploşad Qrupunun sahibləri və Rusiya daşınmaz əmlak bazarında "inkişaf kralları" kimi tanınan Azərbaycan milyarderləri Qod Nisanov və Zarax İliyev "Samolet"in səhmlərinin 10 faizini əldə etmişdilər. Lakin 2024-cü ilə qədər hər ikisi şirkətdən tamamilə çıxıb, bütün paylarını satmışdılar və təsdiqlənməmiş məlumatlara görə, bunun üçün təxminən 50-60 milyon dollar ödəmişdilər.
- İlham Əliyev yerli kanallara müsahibə verdi - Video
- Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
- Abonentlərin nəzərinə: Bəzi ərazilərdə qaz kəsiləcək!
- Bu telekanalın yayımı 24 saatlıq dayandırılır
- "Sea Breeze"də 500 min kvadrmetr yer alan biznesmen kimdir?
- Hərbi Hava Qüvvələrində yoxlamalar keçirildi