İsveçrədə siyasi mühacir həyatı yaşayan azərbaycanlı jurnalist Emin Hüseynov illər əvvəl Almaniyada baş vermiş müzakirəli hadisə və səfirlikdən çıxışı ilə bağlı yeni açıqlama verib.
Xatırladaq ki, Almaniyada keçirilən tədbirlərdən birində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Emin Hüseynov arasında qısa dialoq yaşanmışdı. Həmin görüş zamanı Mehriban xanım Əliyeva jurnalistə “Səfirlikdən qadın paltarı ilə qaçan siz idiniz?” sualını ünvanlamışdı. Bu ifadə uzun müddət mediada və sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
Emin Hüseynov isə son açıqlamasında bildirib ki, Azərbaycandakı səfirlikdən çıxışı zamanı ona mərhum jurnalist Rasim Əliyev dəstək göstərmişdi. Onun sözlərinə görə, Rasim Əliyev həmin hadisədən təxminən bir il sonra hücuma məruz qalıb və həyatını itirib. Qeyd edək ki, Rasim Əliyev 2015-ci ildə Bakıda ağır döyülərək xəstəxanaya yerləşdirilmiş, daha sonra vəfat etmişdi. Onun ölümü yerli və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurmuşdu..
Emin Hüseynov niyə qadın paltarında qaçmışdı?
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
Baş Prokurorluq Emin Hüseynova Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edib. Onun barəsində məhkəmənin 19 avqust 2014-cü il qərarı ilə həbs qətimkan tədbiri seçilərək, axtarış elan edilib.
Emin Hüseynovun qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib.
Eyni zamanda onun işçilərinə yüksək əmək haqqıya qol çəkdirərək, çox aşağı məbləğdə vəsait ödədiyi, onların hüquqlarını pozduğu, həmçinin ayrılan qrantları mənimsədiyi haqda RATİ əməkdaşları özləri ictimai şəkildə açıqlamalar vermişdilər.
Xatırladaq ki, Emin Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmışdı. O, ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi.
E.Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda “novarçı” donuna girərək, erməni işğalının davam etməsi üçün təbliğat aparırdı.
“Erməni hüquqlarının müdafiəçisi” kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyələşdirdiyi qurumlardan qrant alır.
Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır.
- Bu gün Yalançı çərşənbədir
- BŞİH-də müşavirə keçirilib, Adil Əliyevə töhmət verilib
- Mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad edildi
- BŞİH-də müşavirə: Eldar Əzizov kəskin tənqid etdi
- Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video
- Əli Əsədov qərar imzaladı
- Göygöldə məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird...
- Evinin sənədi olmayanlara vacib xəbər: 15 günə çıxarış alacaqsınız