Məzahir Pənahov vəzifədən buna görə göndərilir

12:42 - 1 Aprel 2026 - GÜNDƏM

 Məzahir Pənahov vəzifədən buna görə göndərilir

Aprel ayında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinin beş illik səlahiyyət müddəti bitir.

BUTA.TV xəbər verir ki, yaxın günlərdə Milli Məclisdə MSK-nın formalaşdırılacaq yeni tərkibində hazırkı sədr Məzahir Pənahov yer almayacaq.

Bunun səbəblərindən biri MSK sədrinin mart ayında 75 yaşının tamam olmasıdır. Məzahir Pənahov 2026-cı il 13 martda 75 yaşını qeyd edib. Üstəlik, o, 2000-ci il 19 maydan, 26 ildir bu vəzifədədir.

Digər əsas səbəb isə son illər Məzahir Pənahovun adının ailə qalmaqallarında hallanmasıdır. Bir müddət əvvəl MSK sədrinin ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun hamilə arvadını vəhşicəsinə döyməsi və xanımın övladını itirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın ardınca Pənahovlar ailəsinin bahalı əmlakları da gündəmə gəldi.

Bu xəbər hal-hazırda çox oxunur
Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video

Dünən isə Məhəmməd Pənahovun keçmiş həyat yoldaşı H.Pənahova ilə arasındakı məhkəmə çəkişməsi başa çatıb. Məhkəmənin qərarı ilə Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə 300 min manatlıq əmlak, o cümlədən qiyməti 260 min manata qədər olan zinət əşyaları qaytarılacaq.

Bundan başqa, mətbuatda Pənahovların milyonluq mülklərinin olması barədə də məlumatlar yayılmışdı. Hətta oğlunun yaşadığı ABŞ-ın Los-Anceles şəhərindəki nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villanın da Məzahir Pənahova aid olduğu bildirilir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol