Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat

20:24 - 13 Avqust 2026 - GÜNDƏM

 Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat

Sosial şəbəkələrdə və bəzi media resurslarında paytaxtın Pirallahı rayonunda vətəndaş F.Zeynalovanın azyaşlı övladının onun icazəsi olmadan aparılması ilə bağlı yayılan məlumat polis əməkdaşları tərəfindən araşdırılıb.

BUTA.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bakupost.az-a bildirib ki, azyaşlının valideyni ərazi üzrə müvafiq polis orqanına dəvət olunub.

Araşdırma zamanı müəyyən edilib ki, azyaşlı ailənin digər üzvü tərəfindən aparılıb, hazırda isə valideyninin himayəsindədir.

Məsələ ilə bağlı əlavə araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol