Qaz sayğacı evimin giriş qapısının qarşısında quraşdırıldığı üçün təhlükə yaradır.
Bunu BUTA.TV-a açıqlamasında Yevlax rayonu Gülövşə kənd sakini, II Qarabağ müharibəsi iştirakçısı Mehman Vüqar oğlu Cümşüdlü deyib.
“Bir ildən çoxdur “Azəriqaz”a müraciət etmişəm, amma problemi həll etmirlər. Neçə manat rüsumu varsa, ödəməyə hazıram, yetər ki, sayğac normal yerə köçürülsün”, - o, bildirib.
“Azəriqaz”dan məsələ ilə bağlı saytımıza verilən açıqlamada vətəndaşın probleminin araşdırılıb tez bir zamanda həll olunacağı bildirilib.
Qeyd edək ki, Mehman Cümşüdlü “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubileyi medalı” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
- Bu gün Yasamalda işıq olmayacaq
- Qadınlar maşın sürə bilmir?
- Xankəndi şəhərinə növbəti köç karvanı yola salındı
- Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi
- Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
- Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi - Fotolar
- Bu restoran müsadirə olunaraq hərraca çıxarıldı
- Çiy köftənin vətənindən onlar üçün gəldi - Fotolar