Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib.
BUTA.TV xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Nazir Qobustan rayon sakinləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin ailə üzvləri ilə də görüşüb. O, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunmasının nazirliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.
Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
- Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
- İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Video
- Fransa Norveçi darmadağın etdi - Yenilənib - Video
- Xidmət rəisi "neqodnı" olan vətəndaşlara çağırış etdi
- Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video