Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 31 mart 2026-cı il tarixinə 11,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5,5 milyard manatdır.
31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8,5 milyard manat təşkil edib. Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 256 milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119% arataraq 120 milyon manata çatıb.
Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video
- Xidmət rəisi “neqodnı” olan vətəndaşlara - Çağırış etdi
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video