Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, səhər saatlarında metronun "Azadlıq Prospekti" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində qatarlar arasındakı interval 8 dəqiqəni keçib.
Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb.
"Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında "Koroğlu", 13:00-14:00 aralığında "28 May", "Gənclik" və "Elmlər Akademiyası", 18:00-19:00 aralığında isə "Elmlər Akademiyası" və "28 May" stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir. Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman "Memar Əcəmi"-"Dərnəgül" sahəsində qeyd edilən vaxt üçün "yaşıl xətt" üzrə elan edilmiş interval iki dəfə artıq olur", - deyə B.Məmmədov bildirib.
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video
- Xidmət rəisi “neqodnı” olan vətəndaşlara - Çağırış etdi
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video