Azərbaycanda icra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif olunan yeniliklər icra prosesində daha sərt və geniş nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, borcluların yalnız bank hesabları deyil, həm də elektron pul vasitələri və digər maliyyə resursları daha asan şəkildə icra predmetinə çevrilə bilər. Bu isə icra məmurlarının imkanlarını artırmaqla yanaşı, borclular üçün məsuliyyət çərçivəsini də xeyli genişləndirir.
Həmin qanun qüvvəyə mindikdən sonra borclu vətəndaşların öhdəliklərini icra etmələri baş tutacaqmı?
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev deyib ki, dəyişikliklərin əsas məqsədi borcluların üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək üçün qanunvericilik bazasını təkmilləşdirməkdir:
İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
“Bu dəyişikliklər, eyni zamanda, verdiyi borcu geri ala bilməyən və nəticədə ciddi maddi itkilərlə üzləşən vətəndaşların qanuni maraqlarının qorunmasına və pozulmuş hüquqlarının bərpasına xidmət edir. Hazırda icra olunmamış çoxsaylı icra sənədləri mövcuddur. Bu səbəbdən, icra məmurlarına əlavə səlahiyyətlərin verilməsi onların icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icrasını təmin etmək imkanlarını artıracaq və daha effektiv tədbirlərin görülməsinə şərait yaradacaq”.
A.Quliyevin sözlərinə görə, “Dövlət İcra Məmurları haqqında” Qanunun 8-ci maddəsinə icra məmurlarının bu sahədə fəaliyyətinin daha səmərəli təşkili üçün hüquqlarının genişləndirilməsi təklif olunur:
“Bu təklif parlament tərəfindən qəbul edilərsə, borcluların yalnız bank hesabları deyil, həm də elektron pul vasitələri və digər maliyyə resursları icra predmetinə çevrilə biləcək. Bu isə borcun ödənilməsinin təmin edilməsi üçün əlavə imkanlar yaradacaq”.
- Sürücülərin diqqətinə: Bu küçələrdə...
- Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ”dan erkən qol - Canlı-Yenilənir
- “Əsl kabus idi, gecələri yatmırdım”
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?