Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı İ.Qurbanova və 37 yaşlı T.Abdullayev müəyyən edilərək saxlanılıb.
Xəzər rayonunda isə yeni tikilməkdə olan evlərin birindən inşaat materialları və sayğac oğurlamaqda şübhəli bilinən 31 yaşlı İ.Xanverdizadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ” “Dinamo”ya qarşı - Start heyətlər
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?
- Tufandağ buzlağının ekosistemində dəyişikliklər... - Foto
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək