Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İlqar Hüseyn oğlu Namazov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qurumun direktor əvəzi vəzifəsi Vüsal Musa oğlu Rəhimova həvalə edilib.
Qeyd edək ki, bu ilin fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vəzifəsindən azad olunaraq Naxçıvanın Baş naziri təyin olunub. Hazırda şəhərin icra başçısı vəzifəsi boşdur.
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ” “Dinamo”ya qarşı - Start heyətlər
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?
- Tufandağ buzlağının ekosistemində dəyişikliklər... - Foto
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək