Sumqayıt şəhərində sərnişin avtobusunun kobud qayda pozuntusu edərək hərəkət iştirakçılarını təhlükəyə atdığı anlar qeydə alınıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə sərnişinlə dolu avtobusun işıqforun qırmızı işığı yandığı halda əks hərəkət zolağına çıxaraq ötmə etdiyi qeydə alınıb. Bu hərəkət həm işıqfor qarşısında gözləyən nəqliyyat vasitələrinə, həm də qarşıdan gələn avtomobillərə ciddi maneə yaradıb və qəza riskini artırıb.
Şikayətlərdə o da qeyd olunub ki, Sumqayıt şəhəri ərazisində 7 nömrəli xətt üzrə hərəkət edən bir çox avtobusların sürücüləri yol hərəkəti qaydalarına əməl etmirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qeyd olunan fakt üzrə araşdırma aparılır.
"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
- Nazir onu BDU-ya prorektor təyin etdi - Foto
- Evdən 18 yaşlı oğlanın meyiti tapıldı
- Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...
- Moldova səfiri Rusiya XİN-ə çağırıldı, nota təqdim edildi
- Sabahın havası: intensiv yağış, dolu...
- Zabil Qəhrəmanovun işi məhkəməyə göndərildi
- Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
- Türkiyə MN Azərbaycanı təbrik etdi